Medvedyev işarə etdi: Ukrayna məhv edilir – Brayza

22-01-2024, 15:43           
Medvedyev işarə etdi:
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukraynanın ünvanına təhdidləri sadəcə sözdür və bu bütün dünya üçün qeyri-adekvat görünür.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

O bildirib ki, Medvedyev bu kimi sözlərlə Putinə “Papadan daha çox katolik” kimi görünmək istəyir:

“O özünü Putin elitası arasında nümayiş etdirmək, necə deyərlər, Papadan daha çox katolik olmağa çalışır. İnanıram ki, Rusiyanın məqsədlərinə çatması şansı yoxdur”.

Brayza əlavə edib ki, bir neçə il əvvəl Putin özü də Ukraynaya münasibətdə bənzər açıqlamalar verir, onun millətinin mövcudluğunu inkar edirdi. Diplomat əlavə edib ki, indi Putinin ətrafının belə açıqlamalar verməsi Rusiyanın məqsədinin həqiqətən də Ukraynanı məhv etmək olduğunu üzə çıxarır.

Qeyd edək ki, D.Medvedyev 18 yanvar tarixindəki sosial şəbəkə paylaşımında Ukraynanın bir dövlət olaraq mövcud olmaması gərəkdiyini qeyd etmişdi./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru