Somali sahillərində yoxa çıxan ABŞ hərbçilərinin cəsədləri tapıldı

23-01-2024, 09:14           
Somali sahillərində yoxa çıxan ABŞ hərbçilərinin cəsədləri tapıldı
Ötən həftə ABŞ Mərkəzi Komandanlığı Somali sahillərində əməliyyatlar aparan donanmanın iki əsgərinin axşam saatlarında dənizdə itdiyini açıqlayıb.
Komandanlıq əsgərlərin taleyi ilə bağlı yeni açıqlama verib.

Belə ki, 2 komandonun cəsədinin aşkarlandığı bildirilib.

“10 gündür davam edən axtarışdan sonra itkin düşmüş 2 donanma əsgərimizin yerinin müəyyən edildiyini və statuslarının “ölü” olaraq dəyişdirildiyini təəssüflə bildiririk”.

İtkin düşən hərbçilərin müxtəlif missiyaları yerinə yetirmək üçün ABŞ 5-ci Donanmasının (C5F) əməliyyat bölgəsinə yerləşdirildiyi və İran silahlarını daşıdığı iddia olunan gəmiyə enərkən itkin düşdüyü bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru