6 dustaq eyni xəstəlikdən vəfat edib? (AÇIQLAMA)

24-01-2024, 00:09           
6 dustaq eyni xəstəlikdən vəfat edib? (AÇIQLAMA)
"Ölkədə respirator infeksiyaların, qızılca və digər xəstəliklərin yayılması bəzi hallarda ölümlə nəticələnir".

Bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla cəzaçəkmə müəssisələrində 6 dustağın xəstəlikdən ölməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Onun sözllərinə görə, baş verən ölüm halları ilə bağlı birmənalı fikir bildirmək doğru olmaz:

"Çünki öncə dünyasını dəyişən məhbusların hər birinin ölüm səbəbləri araşdırılmalıdır. Müəyyənləşdirilməlidir ki, bunlar eyni bir xəstəlikdən, yoxsa müxtəlif səbəblərdən dünyasını dəyişib. Hər halda bununla bağlı ortada real açıqlama olmadığından nəsə fikir bildirmək çətindir".

Adil Qeybulla infeksiyaların yayılması ilə bağlı vəziyyətin qonşu ölkələrdə də ürək açan olmadığını qeyd edib:

"Qonşu ölkələrdə də vəziyyət belədir. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində vəziyyət analojidir. Bu baxımdan baş verən hadisə təkcə tibbi yardıma bağlı məsələ deyil”.

Qeyd edək ki, Bakıda yerləşən cəzaçəkmə müəssisələrində 6 dustağın xəstəlikdən ölməsi ilə bağlı məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.