ABŞ altıncı nəsil strateji bombardmançıların hazırlanmasına başlayır

24-01-2024, 11:03           
ABŞ altıncı nəsil strateji bombardmançıların hazırlanmasına başlayır
Pentaqon altıncı nəsil “B-21 Raider” strateji gizli bombardmançı təyyarələrinin ilk partiyasını hazırlamaq üçün “Northrop Grumman Corporation” ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən “Breaking Defence” məlumat yayıb.

Müdafiə nazirinin satınalma və davamlılıq üzrə müşaviri Uilyam Laplante bildirib ki, sınaq nəticələrinə əsasən, “B-21”in kiçik partiyası istehsal ediləcək.

Müqavilənin təfərrüatları, təyyarələrin sayı və istehsalının vaxtı açıqlanmır.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Cerberus” adlı ilk “B-21” artıq iki sınaq uçuşunu həyata keçirib - keçən il noyabrın 10-da və yanvarın 17-də. “Northrop Grumman” korporasiyası artıq bu tipli altı təyyarə hazırlayıb.

Qeyd edək ki, “B-21 Raider” uzun mənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket və ya 5 ilə 400 kiloton arasında dəyişən səkkiz nüvə bombası daşıya biləcək. “B-21”in dəyəri 772 milyon dollar qiymətləndirilir.

“B-21 Raider” əhəmiyyətli təyyarə olduğu üçün texniki xüsusiyyətləri gizli saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru