Baş həkimin müavini: “Bakıda təcili tibbi yardım maşınları əhaliyə nisbətdə azdır” - FOTO/VİDEO
24-01-2024, 09:27
“Paytaxtda olan əhali sayı ilə xidmətdə olan briqada sayı nisbətində uyğunsuzluq var”.
Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva REAL TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Bakıda təcili yardımda 139 briqada xətdə fəaliyyət göstərir:
“Bu, bir neçə il öncə ayrılan briqada sayıdır. Ümumiyyətlə, hər hansı region üzrə ayrılan briqada sayı qeydiyyatda olan əhalinin sayına uyğun ayrılır. Bakıda hazırda təxminən 2,5 milyon əhali rəsmi qeydiyyatdadır. Amma bir o qədər də qeyri-rəsmi qeydiyyatda yaşayan əhali var” - baş həkimin müavini bildirib. Onun sözlərinə görə, gün ərzində təcili yardıma 3000-dək çağırış daxil olur.