140 min dollarlıq hədiyyə üzüyü bir dəqiqə əlində saxlaya bilməyib kanalizasiyaya saldı - VİDEO

24-01-2024, 16:24           
140 min dollarlıq hədiyyə üzüyü bir dəqiqə əlində saxlaya bilməyib kanalizasiyaya saldı - VİDEO
Gələcək gəlini üçün üzük almaq cəhdi çinli kişinin başına bəla olub. Belə ki, bəyin atası 140 min dollar dəyərində (238 min manat) nefrit qaşlı üzüyü əlində saxlaya bilməyib və pəncərədən yerə salıb. Nəticədə qiymətli üzük doqquzuncu mərtəbədən birbaşa kanalizasiya kanalına düşüb.

Kişinin sözlərinə görə, o, nefritin təbii işıqda necə “oynadığını” görmək istəyirmiş.

Quanqdonq sakini çarəni komanda yaratmaqda və qiymətli zinət əşyasının axtarışına başlamaqda görüb. O, işçilərin hər biri üçün gündəlik xidmətləri müqabilində təxminən 70 dollar verib. Nəhayət dörd gün çəkən axtarışdan sonra üzük tapılaraq sahibinə qaytarılıb.
Tapıntı atəşfəşanlıqla qeyd olunub.

Mənbə: KP.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru