ABŞ-nin məşhur şirkəti 700 milyon dollar cərimə ödəyəcək

24-01-2024, 15:54           
ABŞ-nin məşhur şirkəti 700 milyon dollar cərimə ödəyəcək
ABŞ-nin “Johnson & Johnson” korporasiyası (J&J) ABŞ-nin 42 ştatında irəli sürülən iddialara görə ümumilikdə 700 milyon dollar ödəyəcək. İddialar, istehlakçıların tərkibində xərçəngə səbəb ola biləcək asbestin izlərinin olduğu iddia etdikləri “J&J” uşaq pudrasının mübahisəli geri çağırılmasın ilə bağlıdır. Şirkət özü məhsulunda kanserogenin olduğunu etiraf etməkdən imtina edib, lakin 2020-ci ildə çoxsaylı məhkəmə çəkişmələri səbəbindən pudranın ABŞ və Kanadada satışını dayandırıb.

“J&J”-nin Baş Maliyyə Direktoru Cozef Uok “The Wall Street Journal”a müsahibəsində şirkətin iddiaları həll etmək üçün 700 milyon dollar ödəmək niyyətində olduğunu açıqlayıb.

Onun sözlərinə görə, saziş şirkət üçün vacib addım olacaq və ona bu məsələni keçmişdə qoymağa imkan verəcək. Lakin bu saziş yalnız 52 minə yaxın fərdi iddialara deyil, yalnız ABŞ hakimiyyətinin iddialarına şamil edilir.
2023-cü ildə “J&J”nin iddiaları həll etmək üçün 8,9 milyard dollar ayırdığı məlum olub.

Mənbə: kommersant.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.