BEA: 2024-cü ildə Rusiyada qaz hasilatı 4 faiz artacaq

27-01-2024, 12:08           
BEA: 2024-cü ildə Rusiyada qaz hasilatı 4 faiz artacaq
2024-cü ildə Rusiyada qaz hasilatı təxminən 4 faiz artaraq, 664 milyard kubmetr təşkil edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı üzrə dərc etdiyi hesabatda bildirilir. Sənəddə 2023-cü ildə Rusiyada qaz hasilatının 5 faiz - 640 milyard kubmetrədək azaldığı qeyd olunub.

Bundan əvvəl, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya 2023-cü ildə qaz hasilatını 5,5 faiz azaldaraq 636,7 milyard kubmetrə endirib. Onun sözlərinə görə, ölkədən boru kəməri ilə qaz ixracı 91,4 milyard kubmetr təşkil edib.

Eyni zamanda, hesabatda 2024-cü ildə Rusiya Federasiyasında qaz istehlakının 2 faiz artaraq, 503 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru