Yəmən sahillərində üzən ticarət gəmisi raketlə vurulub

27-01-2024, 11:23           
Yəmən sahillərində üzən ticarət gəmisi raketlə vurulub
Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gəmisi raketlə vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında deyilir ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) da Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib, lakin baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb. "UKMTO-ya Ədəndən 60 dəniz mili cənub-şərqdə insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırırlar. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilir", - deyə məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru