Tarixi ikonlar məxfi əməliyyatla Ukraynadan Fransaya köçürülüb
27-01-2024, 16:04
Bəziləri VI əsrdə yaradılmış ondan çox qədim pravoslav ikonaları gizli şəkildə Ukraynadan Fransaya aparılıb.
Bu barədə "The Wall Street Journal" yazıb.
Nəşrin məlumatına görə, hazırda Luvr muzeyində beş belə ikona nümayiş etdirilir. Nəşrin müəllifləri qeyd ediblər ki, daha 11 şəkil Paris yaxınlığındakı anbarlardadır.
Müşahidəçilər qeyd ediblər ki, eksponatlar 2023-cü ilin mayında Varvara Xanenko adına Kiyev Milli Muzeyindən çıxarılıb. Transfer "ən ciddi məxfilik" şəraitində həyata keçirilib.
Luvrun Bizans və Şərq Xristian incəsənəti şöbəsinin müdiri Maksimilien Durand "Kiçik bir dairədən başqa heç kim bunu etdiyimizi bilmirdi" deyib.
Jurnalistlərin sözlərinə görə, ümumilikdə, döyüşlər başlayandan sonra Xanenko Muzeyinin əməkdaşları 25 minə yaxın eksponatı gizlədiblər. Sonradan qalıqlar Polşa ərazisi ilə Fransaya aparılıb. Qeyd olunur ki, qiymətli yük hərbi qulluqçular tərəfindən mühafizə olunub.
Eyni zamanda, Parisdə pravoslav ikonalarının təqdim olunduğu sərgi 2023-cü ilin yayında açılıb və bu ilin yanvar ayının sonuna qədər davam edəcək. Duran deyib ki, onun hazırlanmasından yalnız məhdud dairələr xəbərdar olub. \\Qaynarinfo