Xərçəngdən əziyyət çəkirdi, amma...- Nazir vəzifəsinə geri qayıdır - FOTO

28-01-2024, 11:58           
Xərçəngdən əziyyət çəkirdi, amma...-
Dekabr ayında prostat xərçəngindən əməliyyat olunan ABŞ-ın müdafiə naziri Lloyd Ostinin vəzifəsinə qayıdacağı açıqlanıb.

Musavat.com xəbər verir ki, Walter Reed Milli Hərbi Tibb Mərkəzinin həkimləri dünən Ostinin sağalma prosesinin yaxşı getdiyini və "nazirin prostat xərçənginin erkən və effektiv şəkildə müalicə edildiyini" bəyan ediblər.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ostin öz vəzifəsinin icrasına bazar ertəsindən davam edəcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri ötən il dekabrın 22-də prostat xərçənginin müalicəsi üçün əməliyyat olunub. Yanvarın 1-də Ostin müxtəlif ağırlaşmalar, o cümlədən kəskin qarın, bud və ayaq ağrıları, həmçinin ürəkbulanma səbəbindən yenidən xəstəxanaya yerləşdirilib və onda sidik yollarının infeksiyası olduğu müəyyən edilib. İki həftə xəstəxanada qalan nazir müalicədən sonra yanvarın 15-də evə buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru