Qətər əmin etdi: Tehranın aktivləri qaytarılacaq

28-01-2024, 16:37           
Qətər əmin etdi:
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani Tehranı Qətər banklarındakı vəsaitlərinə çıxış imkanı verən ABŞ razılaşmasına sadiq qalacağını əmin edib.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, o, müvafiq proseslərin davam etdiyini bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qətərli vəzifədaşı telefon danışığı zamanı ikitərəfli əlaqələr, eləcə də Qəzzada və bütövlükdə regionda baş verən son hadisələr haqqında fikir mübadiləsi aparıblar.

Qətərin xarici işlər naziri Tehran və Doha arasında genişlənən əlaqələri müsbət adlandırıb.

O, həmçinin İranın Qətərdəki aktivlərindən necə istifadə edə biləcəyindən danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru