Qubad İbadoğlunun səhhəti pisləşib - VƏKİL

12-02-2024, 07:38           
Qubad İbadoğlunun səhhəti pisləşib - VƏKİL
“Qubad İbadoğlunun səhhətində artıq daha ciddi problemlər yaranıb. Qanında şəkərin miqdarı heç cürə aşağı düşmür. Baxmayaraq ki, gündər artıq iki yüksək dozalı dərman qəbul edir və insulin iynəsi vurur. Həmçinin ürək döyüntüləri normallaşsın deyə, ayrıca dərman qəbul edir və buna baxmayaraq nəbzi həmişə yüksək olur”.

Gununsesi.info bildirir ki, bunu hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova deyib.

Onun sözlərinə görə, endokrinoloq qərar verib ki, Qubad İbadoğlu 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməlidir:

“Çünki şəkər nəticəsində damarlarında tıxanma yaranıb.

Deməli, on gün Qubad İbadoğlu tibb məntəqəsinə aparılacaq. 1 saat sistem altında olacaq və yenidən kamerasına qaytarılacaq. Əslində isə Müalicə Müəssisəsi deyilən yer var. Xəstələr ora göndərilir, orada tamamilə həkim nəzarətində olur və müalicə aldıqdan sonra təcridxanaya qaytarılır. Lakin bu qayda əlbəttə ki Qubad İbadoğluna aid deyil.

Qubad İbadoğlu artıq gündə iki dəfə insulin iynəsi vurmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.