“Beyninə çip yerləşdirilən şəxs düşüncələri ilə kompüter siçanını idarə edə bilir”

21-02-2024, 00:13           
“Beyninə çip yerləşdirilən şəxs düşüncələri ilə kompüter siçanını idarə edə bilir”
“Neuralink” neyrotexnologiya şirkəti tərəfindən beyninə çip implantasiya edilmiş şəxs artıq öz düşüncələri ilə kompüter siçanını idarə edə bilir.
Bu barədə şirkətin sahibi İlon Mask məlumat yayıb.
“İrəliləyiş yaxşıdır, görünür, pasiyent tam sağalıb, bizim bildiyimiz sinir effektləri var. Pasiyent yalnız düşünməklə siçanı ekranda hərəkət etdirə bilir”, - deyə Mask “X” sosial şəbəkə hesabındakı çıxışında bildirib.
Qeyd edək ki, “Neuralink” startapı Mask tərəfindən 2016-cı ilin iyulunda yaradılıb. Şirkət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həmçinin, insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.
Xatırladaq ki, Mask, yanvarın 28-də “Neuralink” implantının insan beyninə uğurla implantasiya olunduğunu elan etmiş, cihazın göstəricilərinin böyük perspektiv vəd etdiyini bildirmişdi.
Reuters












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.