Rusiyalı hərbi cani partladıldı – “Vaqner”-də döyüşmüşdü + VİDEO

1-03-2024, 07:08           
Rusiyalı hərbi cani partladıldı –
Ötən gün Krasnoyarskda hərbi cinayətkar Sergey Aleksandroviç Konkeyev qətlə yetirilib.

“AzPolitika” xəbər verir ki, Ukrayna KİV-ləri onun “yerli partizan hərəkatı” tərəfindən məhv edildiyini yazıb. Həmçinin, teleqram kanallarında Konkeyevin fotoları və partladılan avtomobilinin videosu yayımlanıb.

Xəbərdə qeyd olunur ki, Konkeyev bundan öncə sosial şəbəkələrdə Ukraynda “Vaqner” qruplaşmasının tərkibində hərbi cinayətlər törətdiyini, üç ukraynalı əsiri güllələdiyini, iki polşalı əsirin isə başını kəsdiyini şəxsən etiraf edib, medallarını göstərib və bununla öyünüb.

Qeyd olunur ki, o, Krasnoyarskdakı 1 saylı istintaq təcridxanasında işləyib və onun adı müttəhimlərə işgəncə verilməsi ilə bağlı cinayət araşdırmalarında dəfələrlə keçib.

Onun haqqında Ukraynanın “Mirotvorets” saytında ətraflı məlumat və çoxlu fotolar var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru