Astronomlar Günəş sistemində doqquzuncu planeti kəşf etməyə daha yaxındırlar

4-03-2024, 13:04           
Astronomlar Günəş sistemində doqquzuncu planeti kəşf etməyə daha yaxındırlar
Günəşdən, təqribən 500-600 astronomik vahid məsafədə yerləşən X planetinin Günəş sistemində beşinci ən böyük planet ola biləcəyi ehtimal edilir.
Amerika astronomları Günəş sistemində "Planet X" kimi tanınan doqquzuncu planetin kəşfinə daha yaxındırlar. Bu barədə "LiveScience"da məlumat dərc olunub.
Alimlər başqa planetin mövcudluğu ilə bağlı fərziyyələrini Koper qurşağındakı cisimlərin qəribə əyri orbitləri ilə əlaqələndirirlər ki, bu da bu günə qədər planetin Yerin ölçülərindən təxminən yeddi dəfə çox olan cazibə qüvvəsi ilə izah edilə bilər.
Bu baxımdan Günəşdən təqribən 500-600 astronomik vahid məsafədə yerləşən X planetinin Günəş sistemində beşinci ən böyük planet ola biləcəyi ehtimal edilir.
Bu günə qədər astronomlar planetin mövcud ola biləcəyinə inandıqları bölgənin 78%-ni tədqiq ediblər. Qalanı alimlərin müşahidələr apardığı Havaydakı "Pan-STARRS" rəsədxanası üçün əlçatmaz olaraq qalır. Qeyd edilib ki, əsrarəngiz planet bir neçə ildən sonra aşkarlana bilər.
Bundan əvvəl "TESS" kosmik teleskopu yaşı 500 milyon ildən az olan yeni– "HD 63433d" gənc ekzoplanetini kəşf etmişdi. Bu ekzoplanet Günəş sisteminə ən yaxın planetdir, günəşə bənzər bir ulduzun ətrafında dövr edən yerə bənzər bir radiusa sahibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.