Bitkoinin qiyməti 65 min dollara çatdı

5-03-2024, 00:05           
Bitkoinin qiyməti 65 min dollara çatdı
Bitkoinin qiyməti 5,41% artaraq, 65 min dollara çatıb.
Bu barədə “Coindesk” platforması məlumat yayıb.
Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 15 noyabr 2021-ci ildə 65 min dollar olub.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs və ya şəxslər tərəfindən nəşr edilib. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Son vaxtlar bitkoinin tədarükü təbii şəkildə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.