Kadırov Ukraynanın PUA operatorlarının məhv edilməsindən danışıb
5-03-2024, 09:34
Rusiya bölmələrinin əsgərləri Xarkov istiqamətində Ukraynanın bir qrup pilotsuz uçuş aparatının operatorunu məhv ediblər. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib .
Rusiya Müdafiə Nazirliyinin “Zapad-Axmat” batalyonu ilə “QROM Kaskad” pilotsuz aviasiya briqadasının Xarkov istiqamətində birgə işi zamanı biz düşmənin PUA operatorlarından ibarət qrupunu əhatə etməyə müvəffəq olduq.Hava kəşfiyyatımız tez bir zamanda düşmənin yerləşmə zonasını müəyyən edib. Bunun nəticəsində düşmən öz texnikası ilə birlikdə hücum pilotsuz təyyarələri operativ şəkildə məhv edilib”, - Kadırov bildirib.
O qeyd edib ki, düşmən bazası tərk edilmiş anqarda qurulub.
“Döyüşçülərimizə onlara həvalə edilmiş ərazidə keyfiyyətli iş gördüklərinə görə təşəkkür edirəm”, - deyə Çeçenistan rəhbəri əlavə edib.