Rusiya bir həftə ərzində Azərbaycandan 2,7 milyon yumurta aldı

5-03-2024, 10:14           
Rusiya bir həftə ərzində Azərbaycandan 2,7 milyon yumurta aldı
Fevralın 26-dan martın 3-dək olan müddətdə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub. Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) məlumat yayıb.

O da qeyd olunur ki, martın 4-nə Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon ədəd süfrə yumurtası idxal edilib.

Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar ötən ilin noyabrında Rusiya hakimiyyəti tərəfindən verilib, tədarüklər dekabrın ikinci yarısında başlayıb. Türkiyədən gələn məhsullara tarif güzəştləri tətbiq edilir: Rusiya Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının Rusiyaya rüsumsuz idxalına icazə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru