Qədim islam-yəhudi astronomik aləti tapılıb

5-03-2024, 18:04           
Qədim islam-yəhudi astronomik aləti tapılıb
İtaliyanın Verona şəhərində muzeyin eksponatları arasında 11-ci əsrdə yaradılmış, ivrit və ərəb dillərində yazıları olan astrolyabiya (bucaqölçən alət) tapılıb. Alimlər bu tapıntının islam-yəhudi elmi mübadiləsinə işarə etdiyini vurğulayıblar.

Məlumata görə, astrolyabiyanın üzərində ivrit və ərəbcə həkk olunmuş yazılar var. Alət əsrlər boyu əldən-ələ keçib. Müxtəlif sahiblər - müsəlmanlar, yəhudilər, avropalı xristianlar aləti dəyişdirərək yazılar əlavə ediblər. Vaxtı, məsafəni hesablamaq, ulduzların mövqeyini təyin və ulduz falı tərtib etmək üçün istifadə olunub.

“Bu, sadəcə olaraq inanılmaz dərəcədə nadir obyekt deyil. Bu, yüz illər ərzində ərəblər, yəhudilər və xristianlar arasında elmi mübadilənin təsirli təcrübəsidir”, - deyə aləti tapan bildirib.
Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru