Yeməklərinizə duz əvəzinə bunlardan tökün

7-03-2024, 12:58           
Yeməklərinizə duz əvəzinə bunlardan tökün
Duz yeməklərə ləzzət vermək üçün tez-tez istifadə olunan bir tərkib hissəsidir. Ancaq duzun həddindən artıq istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə yüksək təzyiqi olan insanlar üçün duz istehlakını nəzarət altında saxlamaq son dərəcə vacibdir.Foodinfo.az xəbər verir ki, yeməklərdə həddindən artıq duz istifadə etmək sağlamlıq üçün risk olmaqla yanaşı, yeməyin dadını da korlayır. Yeməklərdə duz balanslı şəkildə və lazımi miqdarda istifadə edilməlidir. Duz yeməyin dadını artırsa da, həddindən artıq miqdarda istifadə edildikdə yeməyin dadını korlaya bilər. Duz istehlakının azaldılması yüksək qan təzyiqi olan insanlar üçün vacib bir addımdır. Həddindən artıq duz istehlakı bədəndəki maye balansını poza və qan təzyiqini artıra bilər.Duz yerinə başqa təbii qidalardan istifadə etməklə yeməyin dadını artırmaq mümkündür. Ədviyyatlar, göyərti və limon kimi təbii inqrediyentlər yeməklərə müxtəlif ləzzətlər verir və duz istifadəsini azalda bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.