Ukrayna partizanları Moskva vilayətində təxribat törətdi - Nələr məlumdur? (FOTO\VİDEO)
7-03-2024, 10:12
Ukrayna partizanları Rusiyanın Moskva vilayətində dəmir yolu obyektində təxribat törədiblər.
Qaynarinfo xəbər verir ki, Krımın "Atəş” müqavimət hərəkatının "Telegram" kanalının məlumatına görə, onlar Moskva vilayətinin Solneçnoqorsk rayonunda "Qolovkovo” dəmir yolu stansiyası yaxınlığındakı relyef kabinetini dağıdıblar.
Partizanların özlərinin dediyinə görə, bu, Moskva ətrafında hərbi məqsədlər üçün istifadə edilən dəmiryol xəttindən istifadəni çətinləşdirib.
"Məqsədimiz Putin rejiminin cəbhə xəttinə hərbi tədarükünü dayandırmaqdır. Bunu etmək olar", deyə Müqavimət Qüvvələrinin nümayəndələri qeyd ediblər.
"Atəş” müvafiq foto və videoları dərc edib.
Xatırladaq ki, bu yaxınlarda partizanlar Rusiya döyüş helikopterlərinin yerləşdirilməsi üçün yeni bir yer aşkar edib. Məlum olub ki, onlar "Azovstal” zavodunun xarabalıqları üzərinə döyüş helikopterləri yerləşdirirmişlər. İşğalçıların pilotlarının yerləşdiyi bir sıra fərdi evlər artıq müəyyən edilib.
Həmçinin, "Atəş” partizan hərəkatının agentləri işğal olunmuş Krımın Saki rayonunda Rusiya Federasiyası Qara Dəniz Donanmasının 758 saylı logistika mərkəzinin silah-sursat anbarlarında kəşfiyyat işləri aparıblar.
Bundan əlavə, müqavimət hərəkatının nümayəndələri Qara dəniz rayonunun Okunevka kəndində işğalçılar üçün müdafiə obyektinin tikintisinə cəlb edilib.