50-dən çox ölkənin vətəndaşı Rusiyaya qarşı döyüşür - Ukrayna kəşfiyyatı açıqladı

8-03-2024, 10:54           
50-dən çox ölkənin vətəndaşı Rusiyaya qarşı döyüşür -
Ukrayna Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionuna 50-dən çox ölkədən könüllülər daxildir.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.

“Martın 7-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionunun yaradılmasının ildönümüdür. Legion dünyanın 50-dən çox ölkəsindən könüllüləri birləşdirdi, onlar genişmiqyaslı işğaldan sonra ukraynalıların köməyinə gəldilər və Rusiya qoşunlarına qarşı döyüşməyə başladılar”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Baş Kəşfiyyat İdarəsinin bölməsinə ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka və Avropa, Asiya, Afrika və Cənubi Amerikanın digər ölkələrindən təcrübəli döyüşçülər, xüsusi əməliyyat qüvvələrinin veteranları və digər hərbi birləşmələr daxildir.

“Kiyevin müdafiəsi, Xarkov, Nikolayevskaya, Xerson, Zaporojye, Donetsk vilayətlərində gedən döyüşlər - Legionun əsgərləri Moskva ilə qarşıdurmanın bütün qaynar nöqtələrində iştirak edib və düşmənə qarşı cəsarətli döyüşü davam etdirirlər”, - deyə qurumdan əlavə edilib. (Mənbə: RBC-Ukrayna)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.