Avropada tutuquşu xəstəliyi insanların ölümünə səbəb oldu

8-03-2024, 15:54           
Avropada tutuquşu xəstəliyi insanların ölümünə səbəb oldu
Avropa ölkələrində tutuquşu xəstəliyi adlandırılan ornitoz hallarının artması müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər bu xəstəliyə yoluxanların sayında artım qeydə alınıb. Xəstələr arasında Almaniya, Niderland, Avstriya, Danimarka və İsveç sakinləri də var.

Son bir neçə ayda epidemiyanın beş avropalının ölümünə səbəb olduğu bildirilir. ÜST nümayəndələri quş sahiblərini qəfəsləri təmiz saxlamağa, heyvanlarla işləyən insanları isə əl gigiyenasına diqqətlə nəzarət etməyə çağırıb.

Xəstəliyin nadir hallarda insandan insana keçdiyi qeyd edilir. Düzgün diaqnoz qoyulduqda, bu patogen antibiotiklərlə müalicə edilə bilər.
Xatırladaq ki, ornitoz hərarətin yüksəlməsi, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin zədələnməsi, qaraciyərin və dalağın böyüməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi ev və çöl quşlarındakı xüsusi bakteriyadır.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru