92 yaşlı milyarder nişanlandı – Nişanlısı görün kimdir

8-03-2024, 17:26           
92 yaşlı milyarder nişanlandı –
Media maqnatı Rupert Merdok nişanlandığını elan edib.

92 yaşlı milyarderin beşinci arvadı 67 yaşlı molekulyar bioloq Yelena Jukova olacaq.

Toy mərasiminin Merdokun Kaliforniyadakı malikanəsində baş tutacağı bildirilir. Elena Jukova sahibkar Roman Abramoviçin keçmiş həyat yoldaşı və Moskvada Qaraj Müasir İncəsənət Muzeyinin yaradıcısı Daria Jukovanın anasıdır.

Keçən il məlum oldu ki, Merdok radio aparıcısı Enn Lesli Smitlə nişanını bitirib. O, əvvəllər stüardessa Patricia Booker, jurnalist Anna Mann, çin əsilli sahibkar Vendi Denq, model və musiqiçi Mik Caqqerin keçmiş həyat yoldaşı Cerri Holl ilə evli olub.

"Bloomberg", Merdokun sərvətinin təxminən 8,96 milyard dollar olduğunu təxmin edir.Onun altı övladı var. / Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru