TƏCİLİ! Erməni qruplaşması Azərbaycan kəndinə girəcəyini ELAN ETDİ

10-03-2024, 07:44           
TƏCİLİ! Erməni qruplaşması Azərbaycan kəndinə girəcəyini ELAN ETDİ
Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.

Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır.

Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.

“Martın 17-də Yuxarı Əskipara kəndində görüşəcəyik”, – “Döyüş qardaşlığı”nın mesajında ​​deyilir.

Xatırladaq ki, Qazaxın 7 kəndi ( Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir.

Bir müddət əvvəl Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar. Erməni mənbələri yazırdı ki, onlara sözügedən kəndə girmək qadağan edilib və buranın Azərbaycana təhvil veriləcəyi deyilib.

Rəsmi İrəvan 17 martdakı qanunsuz “ekskursiya”ya icazə versə, bu, sülh prosesinə vurulan növbəti zərbə olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru