Makron arvadının əvvəl kişi olması barədə məlumatlardan danışdı:İLK DƏFƏ
10-03-2024, 15:44
Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitin əvvəllər kişi olması və cinsini dəyişməsi ilə bağlı deyilənlərə ilk dəfə cavab verib.
“Cebhe.info” xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
“Ən pisi yalan məlumatdır”, - dövlət başçısı Parisdə Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirilən tədbirdən sonra deyib. O, həmçinin vurğuladyıb ki, feminist mübarizə hər kəsə təsir edir. “Bərabərlik yoxdursa, ləyaqətlə yaşayan cəmiyyət yoxdur”, – Makron əlavə edib.
Bundan əvvəl Bricit Makron özü də cinsiyyət dəyişikliyi ilə bağlı şayiələrə cavab verib.
2021-ci ildə Fransa liderinin həyat yoldaşı cinsiyyətinin dəyişdirilməsində şübhəli bilinirdi və sosial şəbəkələrdə bu mövzuda aktiv şəkildə yazılırdı. Xüsusən də Bricit Makronun Jan-Mişel Tronier kişi adı ilə doğulduğu iddia edilirdi. Qeyd olunurdu ki, Tronier Prezidentin xanımının qızlıq soyadıdır.