“Bu sürət qatarı ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub”

11-03-2024, 16:24           
“Bu sürət qatarı ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub”
“Bu sürət qatarı ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub”

“Ələt-Bakı-Ələt sürət qatarı lazımdır. Ələtdən Bakıya yollar hazırdır, dayanacaqlar var. Xahiş edirəm, bu məsələyə baxılsın”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub: “Cavab bizə belə oldu ki, bu məsələyə Bakıətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma Ələt istiqamətində infrastruktur hazırdır. Buzovnaya bu infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru