Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevi həbsdə saxladı - Sabiq deputatın anasının məhkəmə qarşısında halı pisləşdi
11-03-2024, 16:24
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin apellyasiya şikayəti ilə bağlı proses keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Almaniyada siyasi sığınacaq alan Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılıb. O, Azərbaycana gətirilərək, məhkəmə qarşısına çıxarılıb və məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.
Lakin yenidən Hüseyn Abdullayev barəsində cinayət işi başlanılıb.
O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci mad.) ittiham olunur.
Qeyd edək ki, Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlu ilə bağlı yeni qərara etiraz edir. Oğlunun yenidən həbsdə qalması ilə barışmayan Zeynəb xanımın halı məhkəmə önündə pisləşib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.