Paşinyana müxalif olan Gorus merinin atası 362 min dollara 7 “qızıl” nömrə aldı…-FOTOLAR

11-03-2024, 18:58           
Paşinyana müxalif olan Gorus merinin atası 362 min dollara 7 “qızıl” nömrə aldı…-FOTOLAR
“İrəvanda “qızıl” avtomobil nömrələrinin hərracı 28 fevral 2024-cü il tarixində başa çatıb. Sonradan məlum olub ki, hər kəsin istədiyi 00 OO 000 nömrə də daxil olmaqla, 7 nömrə 156 milyon drama(təxm. 362 min ABŞ dolları) satılıb”. Moderator.az xəbər verir ki, bunu yazan “Hraparak” nəşri avtomobil nömrələrinin konkret kim tərəfindən alındığının bu gün məlum olduğunu bildirib.

Qeyd edilir ki, “qızıl” nömrələri “Arsan” MMC alıb. “Araşdırma nəticəsində Ermənistan Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət reyestrindən öyrəndik ki, “Arsan” MMC Gorus şəhərinin meri Aruş Aruşanyanın atası, MMC-nin direktoru Qaqik Samveli Aruşanyana məxsusdur. “Hraparak”la söhbətində Aruşanyan avtomobil nömrələrini özünün aldığını inkar etməyib və jurnalistləri bu barədə ona sual verməməyə çağırıb”,- erməni nəşri belə yazır.
Xatırladaq ki, Azərbaycana qarşı qatı revanşist və irqçi mövqeyi ilə seçilən Gorus meri Aruş Aruşanyan illərdir ki, Ermənistan baş naziri Paşinyana müxaLif mövqedədir. Hətta 44 günlük müharibədən sonra bir neçə dəfə o, hökumət başçısının və ya onun xanımının Gorusda təşkil olunmuş görüşlərini pozmağa da nail olub…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.