Günə enerjili başlamağın sirri bu meyvədədir
12-03-2024, 15:58
Alma təbiətin bizə təqdim etdiyi ən dadlı və sağlam meyvələrdən biridir. Hər rəngdə olan bu möhtəşəm meyvə təkcə dadı ilə deyil, həm də sağlam tərkibi ilə diqqət çəkir. Tərkibindəki qiymətli vitamin və minerallar sayəsində alma orqanizmin ehtiyac duyduğu bol miqdarda C vitamini, A vitamini və kaliumu təmin edir. Foodinfo.az xəbər verir ki, bu yolla orqanizmin müqavimətini artırır və xəstəliklərə qarşı qoruyucu qalxan yaradır. Səhərlər acqarına bir alma yemək qanınızı təmizləyir və bədəninizdən zərərli maddələrin çıxarılmasına kömək edir. Xüsusilə yaşıl alma mədə pozğunluqlarını aradan qaldırır və mədə turşusunu balanslaşdırır. Bundan əlavə, damarlarda lövhə meydana gəlməsinin qarşısını alır, ürək əzələlərini gücləndirir və ürəkdə iltihabın qarşısını alır. Səhərlər alma yeməyin başqa bir faydası da dişlərdə bakterial lövhələrin əmələ gəlməsinin qarşısını almasıdır. Beləliklə, diş sağlamlığınızı qoruyur və ağız gigiyenanızı dəstəkləyir. Almada olan fruktoza qana tez qarışaraq yuxululuğu aradan qaldırır. Yuxudan oyanan kimi bir alma yemək sizi formada saxlayacaq və günə enerjili başlamağınıza kömək edəcək.