“Aldığım məlumatlara görə, məni “ilişdirmək” istəyirlər” – Aydın Əliyev

12-03-2024, 17:44           
“Aldığım məlumatlara görə, məni “ilişdirmək” istəyirlər” – Aydın Əliyev
“Etibarlı mənbələrdən aldığım məlumatlara görə, məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə “ilişdirmək” istəyirlər”.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev Feysbuk hesabında yazıb.

O bildirib ki, bu, onun vətəndaş mövqeyi ilə bağlıdır:

“Bəri başdan sizləri bilgiləndirmək istəyirəm. Mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu mənim vətəndaş mövqeyimə görədir. Mənim heç kimlə şəxsi-qərəzliyim yoxdur. Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru