“Dedilər, sabahdan işə gəlmə” – Aydın Əliyev

13-03-2024, 07:29           
“Dedilər, sabahdan işə gəlmə” – Aydın Əliyev
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev “İstanbul” Klinikasındakı işindən uzaqlaşdırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb.

“Əziz dostlar! Təhdiddənmi, qorxudanmı? Bilmirəm. “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə, dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”, – radioloq bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Xatırladaq ki, bir müddət əvvəl o, feysbuk hesabında paylaşım edərək, həbs olunma ehtimalından yazıb.

Qeyd edək ki, bir-neçə gün əvvəl Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli “İstanbul” Klinikasının önündə saxlanılıb. Onun saxlanılma görüntülərini Aydın Əliyev öz sosial şəbəkə hesabından yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru