“Yeraltı aləmin patriarxı” azadlıqda - Rusiyada “taxt” savaşı başladı

29-03-2024, 18:18           
“Yeraltı aləmin patriarxı” azadlıqda -
“Rusiya kriminal aləminin patriarxı” Zaxari Kalaşov (Şakro Molodoy) səhhətində aşkarlanan ağır xəstəliklə əlaqədar azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Müvafiq qərarı Krasnodar vilayətinin Ust-Labinski rayon məhkəməsi verib. Məhkəmə iclası bağlı qapılar arxasında baş tutub.

Kalaşovun vəkili Tengiz Papaskua Qazeta.ru-ya deyib ki, məhkəmə qərarı onun xəstəliyi ilə bağlı tibbi komissiyanın rəyi əsasında qəbul edib.

Şakro Molodoy cəzasını Krasnodarda ciddi rejimli koloniyada çəkib. 2018-ci ildə Moskvanın “Roçdelskaya” küçəsində yerləşən “Elements” restoranının sahibindən hədə-qorxu ilə tələb etmə ittihamı ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Şakro Molodoy 2013-cü ildə digər nüfuzlu “qanuni oğru” Ded Xasanın (Aslan Usoyan) ölümündən sonra Rusiya kriminal aləmin lideri olub. Ded Xasanın ölümü ilə boşalan “taxt”a əvvəllər silsilə sui-qəsd cəhdləri ittihamları ilə bir neçə il İspaniyada yaşayan Şakro Molodoy oturub.

Rusiya mətbuatı Şakro Molodoyun vaxtından əvvəl azad edilməsinin “taxt” uğrunda savaşı yenidən qızışdıracağını yazır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.