Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi - DETALLAR

29-03-2024, 18:48           
Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi - DETALLAR
Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Mənsimova Vüsalə Asəf qızı tərəfindən irəli sürülüb.
İddia üzrə növbəti məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl – 7 noyabr və 19 dekabr 2023-cü il tarixlərində 2 iclas keçirilib. İddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Mais Mənsimov Türkiyənin “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının (VÖEN -1400043761), həmçinin “Azərkeş Xəzər-Lənkəran” MMC-nin (VÖEN - 2600058551) qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru