Bill Qeyts: “Gələcəkdə süni intellekt asan tapşırıqları yerinə yetirə bilməyəcək”

30-03-2024, 16:24           
Bill Qeyts: “Gələcəkdə süni intellekt asan tapşırıqları yerinə yetirə bilməyəcək”
“Microsoft”un yaradıcısı Bill Qeyts hesab edir ki, hazırda süni intellekt insanlar üçün çətin olan işləri yerinə yetirməyə qadir olsa da, gələcəkdə o, asan işlərin öhdəsindən gələ bilməyəcək.

Bu barədə Qeyts, onu Nyu-Delhidəki iqamətgahında qəbul edən Hindistanın baş naziri Narendra Modi ilə söhbəti zamanı danışıb.

Qeytsin sözlərinə görə, hazırda dünya süni intellekt texnologiyalarının inkişafının ilkin mərhələsinin şahidi olur.

“Bunlar süni intellektin inkişafının ilk günləridir. O sizin çətin hesab etdiyiniz işi görəcək, sonra isə asan hesab etdiyiniz işdə uğursuz olacaq”, - deyə Qeyts bildirib.

İş adamı etiraf edib ki, bu texnologiyaların faydası olsa da, süni intellektdən istifadə bəzi çətinliklərlə əlaqələndirilə bilər.

“Bizə elə gəlir ki, süni intellekt bizə böyük imkanlar verəcək, lakin bununla bağlı bir sıra problemlər var”, - deyə Qeyts vurğulayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru