Elm tarixinin ən əsilzadə və zadəgan alimi adlandırırlar Maks Plankı.

24-04-2024, 10:44           
Elm tarixinin ən əsilzadə və zadəgan alimi adlandırırlar Maks Plankı.
Əcdadları arasında görkəmli hüquqşünaslar, din adamları və hərbi xadimlər vardı.
“Plankın xarakterini anlamaq üçün onun mənşəyinə, sülaləsindəki ləyaqətli, nəcib, səxavətli, özünü kilsəyə və dövlətə xidmətə həsr etmiş insanları xatırlamaq lazımdır. Maks Plankın uğurunun səbəbi bundadır”, – məşhur fizik Maks Born belə demişdi dahi həmkarı haqda…
Kvant nəzəriyyəsinin banisi bizim atom və atomaltı (subatomik) prosesləri başa düşməyimizdə inqilabi dəyişikliklər etmişdir.
“Enerji kvantlarının kəşfi ilə fizikanın inkişafındakı xidmətlərinə görə” 1919-cu il Fizika üzrə Nobel mükafatına layiq görülmüşdü Maks Plank.
Dünyanın beş əsas sabiti – işıq sürəti, elektronun yükü və kütləsi, qravitasiya sabiti və Plank sabitlərindən yalnız biri onu kəşf edən alimin adını daşıyır.
Dünya elminə misilsiz töhfələr vermiş Maks Plankın (1858-1947) doğum günüdür bu gün.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.