Partnyoru ağlasa da, rəqsini bitirən qızcığaz sosial şəbəkədə ulduz oldu VİDEO

12-06-2024, 16:54           
Partnyoru ağlasa da, rəqsini bitirən qızcığaz sosial şəbəkədə ulduz oldu  VİDEO
Tərəf müqabilinin ağlamasına baxmayaraq rəqsini davam etdirən çinli qızın rəqs videosu sosial şəbəkədə gündəm olub.

Kadrlarda balaca qız öz partnyoru ilə birlikdə rəqs edir, lakin bir müddət sonra oynadığı oğlan ağlamağa başlayır və rəqsini dayandırır. Buna baxmayaraq, qızcığaz özünü itirmədən rəqsini davam etdirir və bütün hərəkətləri təkbaşına icra edir.

Qızın bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Video qısa müddət ərzində milyonlarla baxış toplayıb, çoxlu sayda şərhlər yazılıb. İnsanlar uşağın iradəsinə, cəsarətinə və rəqs bacarığına heyran olduqlarını bildiriblər. Bir çox şərh yazanlar qeyd ediblər ki, bu qızdan ilham almaq və çətinliklər qarşısında ruhdan düşməmək lazımdır.

Mənbə: "Seqodnya v trende" "Telegram" kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru