Belarusun Almaniyadakı keçmiş səfiri ölü tapılıb- "KQB"nin təzyiqlərinə tab gətirmədi..."

30-06-2024, 09:38           
Belarusun Almaniyadakı keçmiş səfiri ölü tapılıb- "KQB"nin təzyiqlərinə tab gətirmədi..."
Belarusun Almaniyadakı keçmiş səfiri Denis Sidorenko Minskdə ölü tapılıb.

Azpost.info xəbər verir ki, diplomatın ölüm səbəbi ilə bağlı məlumatlar müxtəlifdir.

“Naşa Niva” yazır ki, Sidorenko Minskdə hündürmərtəbəli binanın pəncərəsindən düşüb. Nəşrin yazdığına görə, bu, intihar olub. Belə ki, bu ilin yazında vətənə qayıdan diplomat Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) təzyiqlərinə tab gətirə bilməyib.

Sidorenko 8 il Almaniyada səfir işləyib. Belarus prezidenti Aleksandr Lukaşenko onu martın 11-də vəzifəsindən azad edib. Mənbələrin bildirdiyinə görə, diplomat geri qayıdandan sonra iş tapmaqda problem yaşayıb.

Sidorenkonun yeni vəzifə ala bilməməsi ilə bağlı məlumatı Belarusun Fransadakı keçmiş səfiri Pavel Latuşko da təsdiqləyib. O bildirib ki, diplomatı Xarici İşlər Nazirliyinin mərkəzi aparatına təyin etmək istəyiblər, lakin bunun üçün sınaqdan keçməli olub.

“Başa düşdüyüm qədər, o, ilk dəfədən keçə bilmədi. Buna görə də müəyyən çətinliklər yarandı. Sidorenko sınaqdan keçə bilmədikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin diqqət obyektinə çevrildi. Bu gün nazirliyin kadr siyasətini tamamilə DTK müəyyənləşdirir, işçilərin rejimə sədaqətini yoxlayır”, – Latuşko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru