Putinin köməkçisinin oğlu öldü

1-07-2024, 11:14           
Putinin köməkçisinin oğlu öldü
Moskva Dövlət Universitetinin Hüquq fakültəsi Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Kalimulinin oğlunun vəfat etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə fakültənin saytında məlumat verilir.

“Moskva Dövlət Universitetinin Hüquq fakültəsi təəssüflə bildirir ki, iyunun 29-da bakalavr pilləsinin 1-ci kurs tələbəsi (119-cu qrup) Aleksandr Dmitriyeviç Kalimulin vəfat edib”, – məlumatda deyilir.

Aleksandr Kalimulinin ölüm səbəbi bilinmir.

Onunla vida mərasiminin iyulun 3-də keçiriləcəyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru