Çinin "Tianlong-3" daşıyıcı raketi qəzaya uğrayıb

1-07-2024, 17:34           
Çinin "Tianlong-3" daşıyıcı raketi qəzaya uğrayıb
Çinin "Tianlong-3" daşıyıcı raketi ölkənin şərqindəki Henan əyalətinin Qonqyi şəhəri yaxınlığında sınaq zamanı qəzaya uğrayıb və partlayıb.

Bu barədə buraxılışı həyata keçirən "Tianbing Technology" aerokosmik şirkətinin bəyanatına istinadən məlumat verilib.

Bildirilib ki, gövdə ilə sınaq bloku arasındakı əlaqənin konstruksiyasında yaranan nasazlıq səbəbindən birinci pillədəki mühərrik alovlanıb. Raket dağlara düşüb, tələfat olmayıb. Əvvəlcədən yaxınlıqdakı yaşayış məntəqələrindən insanlar təxliyə ediliblər.

Qeyd edək ki, "Tianlong-3" internet peyk qruplaşması yaratmaq üçün nəzərdə tutulmuş iri daşıyıcı raketdir. Onun xüsusiyyətləri ABŞ-nin "SpaceX" şirkətinin "Falcon-9"u ilə müqayisə olunur. Raketin diametri 3,8 metr, uçuş çəkisi isə 590 tondur.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru