Bolqar bibərini kimlərə yemək məsləhət deyil?

4-07-2024, 18:59           
Bolqar bibərini kimlərə yemək məsləhət deyil?
Tərəvəzlər vitaminlə zəngin olduğundan insan orqanizmi üçün faydalıdırlar, lakin bəzi hallarda onları yemək məsləhət deyil.Foodinfo.az xəbər verir ki, diyetoloq Olqa Novoselova bolqar bibəri barədə danışıb.Onun sözlərinə görə, qastrit, pankreatit, xora, yoğun bağırsaq iltihabı və digər mədə-bağırsaq xəstəlikləri olan insanlara bolqar bibərini bişirib yemək tövsiyə olunur, çünki çiy halda bu tərəvəz mədə şirəsinin ifrazını artırır.Həmçinin ekspert xəbərdarlıq edib ki, bolqar bibəri allergik reaksiya verə bilər:"Bibərin tərkibindəki efir yağları qaşınma ilə müşayiət olunan dəri səpkilərinə səbəb olayarada bilər".Bundan əlavə, bolqar bibərində sinir sistemini qıcıqlandıran alkaloidlər va, ona görə də Novoselova həssas və epilepsiyadan əziyyət çəkənlərə məhsulu xüsusi ehtiyatla yeməyi tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.