Beril qasırğası Texas sahillərinə çatıb

9-07-2024, 17:14           
Beril qasırğası Texas sahillərinə çatıb
Beril qasırğası bazar ertəsi səhər ABŞ-ın cənubundakı Texas ştatına çataraq sahilyanı ərazilərə fırtınalar və ştatın cənub-şərqinin böyük hissəsinə güclü yağışlar gətirib.

Fırtınanın mərkəzi Texas ştatında Hyustondan təxminən 130 kilometr cənub-qərbdə, Mataqorda yaxınlığında sahildə yerləşir.

ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Beril saatda 130 kilometr maksimum davamlı küləklə quruya çıxmazdan az müddət əvvəl qasırğanın gücünü bərpa etdiyini bildirib.

Sinoptiklər bazar ertəsi axşam saatlarında Texasın şərqindəki ərazilərə 12-25 santimetr yağış yağacağının gözləndiyini bildirib.

Texas rəsmiləri daşqın və elektrik enerjisinin kəsilməsi barədə xəbərdarlıq edib və fırtına öncəsi sahilyanı əraziləri çox adamın tərk etməməsindən narahatlıqlarını ifadə edib.

Texasdan əvvəl Beril Karib dənizindən keçərək, Venesuelada üç, Qrenadada üç, Sent Vinsentdə üç, Yamaykada isə iki nəfərin ölümünə səbəb olub.

Beril Meksika körfəzindən Texasa doğru istiqam götürməzdən əvvəl Meksikanın Yukatan yarımadasını vurub.

Beril iyun ayından noyabr ayına qədər davam edən Atlantik qasırğası mövsümündə 5-ci kateqoriya gücünə çatan ən erkən fırtına kimi rekord vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.