Bu tarixlərdə möhkəm istilər düşəcək – XƏBƏRDARLIQ

13-07-2024, 10:14           
Bu tarixlərdə möhkəm istilər düşəcək – XƏBƏRDARLIQ
Yayın qızmar günləri davam edir. Qlobal istiləşmə bir çox ölkələrdə müşahidə olunur. Qardaş Türkiyədə də güclü istilər başlayır. Bununla bağlı Türkiyə Meteorologiya Müdirliyi xüsusi xəbərdarlıq edib.

Bildirilir ki, ölkənin bəzi əyalətlərində yağan leysan yağışlardan sonra qızmar istilər başlayacaq.

Bazar günündən etibarən İstanbul da daxil olmaqla bir çox şəhərdə qızmar isti rütubətlə təsirini daha çox göstərəcək.

Həftənin əvvəlində tempratur 2-5 dərəcə yüksələcək. Antalya, İzmir, Muğla 40 dərəcə olacaq.
Qeyd edək ki, Azərbaycanda da güclü istilərin olacağı bildirilib. Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bəzi rayonlarda isə temperatur 40°-yə çatacaq.

Bundan başqa, iyulun 16-sı, 17-si, 18-si və 19-zu Bakıda temperatur 4-5 dərəcə qalxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru