Qadın ərindən qisas almaq üçün kamera qarşısında uşağını boğur: Rusiyadan qorxunc görüntülər VİDEO

24-07-2024, 18:54           
Qadın ərindən qisas almaq üçün kamera qarşısında uşağını boğur:
Sosial şəbəkələrdə qadının bir yaşlı uşağını boğmasını əks etdirən görüntülər yayılıb.

"İnsidenti Kamensk-Uralski" "Telegram" kanalının verdiyi məlumata görə, qorxunc video Rusiyanın Sverdlovsk vilayətindəndir.

Məlumata görə, qadın öz körpəsini onu başqa biri üçün tərk edən ərindən qisas almaq üçün boğur.

Kadrlarda körpənin anasının əlini boynundan çəkməyə çalışdığı görünür. Uşaq işgəncə çəkən müddətdə isə "ana" gülümsəyir.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanı əməkdaşları fəaliyyətə keçiblər. Onların sözlərinə görə, iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

"Uşağın qəyyumu hazırda nənəsidir", - deyə Sverdlovsk vilayəti DİN Baş İdarəsinin Mətbuat Xidmətindən vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru