“Fitch”: Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
29-07-2024, 00:12
2023-cü ildə Azərbaycanın zəmanət verilmiş dövlət borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 21,8 %-ə çatdıqdan sonra 2026-cı ildə bu göstəricinin 22,7 %-ə yüksələcəyi gözlənilir.
TEREF xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı açıqlamasında bildirilir.
Bununla belə, agentlik bəyan edib ki, bu, “Fitch”in investisiya dərəcəsi verdiyi ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
“Son illərdə Azərbaycanın xarici dövlət borcu azalıb, onun valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən 2/3-si rəsmi kreditorların payına düşür. Əgər 2022-ci xarici borc 6,4 milyard ABŞ dolları təşkil edirdisə, 2023-cü ildə 6 milyard ABŞ dollarına düşüb və ÜDM-in 8,2 %-i qədər olub. Bunun da böyük hissəsi Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır”, – deyə “Fitch” bəyan edib./Report