"Vaqner" yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib

9-08-2024, 11:18           
"Vaqner" yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib
"Vaqner" özəl hərbi şirkətinin yaraqlıları Rusiyanın Kursk vilayətinə gəlib və artıq Ukrayna Silahlı Qüvvələri ilə döyüşə giriblər.

Bu barədə Kremlə yaxın "Shot" teleqram kanalı mənbəyə istinadən bildirib.

"Rusiya Müdafiə Nazirliyinin könüllülər korpusunun taborları və "Vaqner" qrupunun döyüşçüləri artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar", - məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə giriblər və bir neçə kəndi ələ keçiriblər. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru