Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ

10-08-2024, 12:53           
Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

“APA-Economics” "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 29 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 31 avroyadək artırıb.

Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 29 avro (proqnoz dəyişməyib), 2026-cı ildə isə 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru