Zod qızıl mədənində çökmə baş verdi... -Yaralılar var!..

10-08-2024, 10:01           
Zod qızıl mədənində çökmə baş verdi... -Yaralılar var!..
Zod qızıl mədəninin Ermənistan ərazisində qalan "Sotk" adlanan qızıl mədənində fövqəladə olay baş verib.

Moderator.az xəbər verir ki, “Hraparak” qəzetinin yaydığı məlumata görə, şaxtada çökmə olub və nəticədə iki əməkdaş xəsarət alıb.

Yaralılar İrəvan tibb mərkəzlərinə köçürülüb.

Xatırladılır ki, 44 günlük savaşdan sonrda Azərbaycan ordusunun Zod qızıl mədənini nəzarətə götürməsi nəticəsində mədənin açıq hissəsi azərbaycanlıların nəzarətində qalıb, nəticədə Ermənistan tərəfi mədəni yalnız qapalı şəkildə istismar edir

Qısa arayış və xatırlatma:

Zod qızıl yatağı tarixən bütövlükdə Azərbaycan ərazisinə adi olsa da, sovet işğalı nəticəsində ərazinin bir hissəsi Ermənistana düşüb. Həmin bölgüyə əsasən Kəlbəcərin işğalınadək mədənin 70 faizi Azərbaycan, 30 faizi isə Ermənistan ərazisində qalıb. Sovet dönəmində aparılan araşdırmalara görə, yataqda 112 tondan artıq qızıl ehtiyatı var. Yatağın ən məhsuldar hissəsi isə məhz Kəlbəcərdədir, Ermənistan tərəfində isə qızıl ehtiyatı tükənmək üzrədir.

1992-ci ildə Kəlbəcər qızıl yatağının istismarı dayandırılsa da, 28 illik işğal ərzində oradan çıxarılan və xaricə daşınan qızıl ehtiyatının dəyəri hədsizdir. Və əslində Ermənistan həmin zərəri də ödəməlidir...

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonu Azərbaycana təhvil verildiyindən Azərbaycan ordusu Zod qızıl yatağı ərazisində sərhəd bölgüsünə müvafiq uyğun mövqelərini tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru