Təbriz kəşfiyyat şöbəsi sərbəst buraxılan siyasi fəalların mobil telefonlarını geri vermir

16-08-2024, 11:14           
Təbriz kəşfiyyat şöbəsi sərbəst buraxılan siyasi fəalların mobil telefonlarını geri vermir
İki həftə əvvəl İran Azərbaycanının Qaradağ bölgəsində yerləşən Babək qalasında saxlanılıb və ertəsi gün sərbəst buraxılan milli fəalların mobil telefonları və digər şəxsi əşyaları, barələrində məhkəmə işi açılmamasına baxmayaraq, onlara qaytarılmır.

Fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani, Behzad Dəşti və Pejman Səlimi avqust ayının 2-də Kəleybər şəhərindəki Babək qalasından geri dönərkən nəzarət altına alınıb və şəxsi əşyaları təhlükəsizlik polisi tərəfindən müsadirə olunmuşdu.

Fəallar ertəsi gün səhər saatlarında sərbəst buraxılsa da, şəxsi əşyaları onlara geri verilməyib. Güney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına görə, fəallar daha sonra əşyalarını geri almaq üçün Kəşfiyyat Nazirliyinin Təbriz şöbəsinə müraciət edib, ancaq nəticə ala bilməyiblər.
Bölgədə fəaliyyət göstərən türk fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, müsadirə olunan əşyaların fəallara qaytarılmaması daha sonra onlara qarşı məhkəmə işi açılacağının əlaməti ola bilər.

Sözügedən fəalların əksəri bundan əvvəl göstərdikləri siyasi və mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanlarının basqılarına məruz qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru